Modern.az

Baba Vəziroğluna "Şərəf" ordeni təqdim edildi - FOTOLAR 

Baba Vəziroğluna

Ədəbi̇yyat

6 Fevral 2024, 18:31

Fevralın 6-da Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəziroğlu bu ordenə layiq görülüb.

 

Modern.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb. Qeyd olunub ki, şair çağdaş poeziyamızda öz dəst-xəti ilə seçilir. Onun şeirlərinə çoxsaylı mahnılar bəstələnib və tanınmış müğənnilər tərəfindən ifa olunur.

 

Ölkəmizdə ədəbiyyat və mədəniyyət xadimlərinə dövlət qayğısından danışan nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bu sahələrin inkişafını diqqətdə saxlayıb, yaradıcı insanlardan öz dəstəyini əsirgəməyib. Hazırda bu siyasət ölkə başçısı tərəfindən uğurla davam etdirilir.

 

Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok