Modern.az

Ağdamda mərmi PARTLAYIŞI - Xəsarət alan var

Ağdamda mərmi PARTLAYIŞI - Xəsarət alan var

18 Mart 2023, 17:54

Ağdam rayonunun Əfətli kəndində əkin sahəsində patlayış baş verib.

 

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

 

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir