Modern.az

Narkotikin təsiri altında "KamAZ" sürdü - FOTO

Narkotikin təsiri altında

Hadisə

23 İyun 2023, 16:57

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbir nəticəsində rayon sakini Şahin Fətullayev idarə etdiyi "KamAZ" markalı avtomobillə yol hərəkəti qaydasını pozduğuna görə saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, o, narkotikin təsiri altında avtomobili idarə etməkdə şübhəli olduğundan müvafiq ekspertizadan keçirilib. Ekspertizanın nəticəsinə əsasən onun marixuana qəbul edərək sükan arxasına əyləşdiyi məlum olub.

 

Ş.Fətullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən inzibati qaydada 8 gün müddətinə həbs edilib, eləcə də 400 manat miqdarında inzibati tənbeh tədbirinə də cəlb olunub.

1258613

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?