Modern.az

Kürdəmirdə ağır yol qəzası - Xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası - Xəsarət alanlar var

Hadisə

23 İyul 2023, 17:12

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Vəliyeva Rəna Söhbət qızı Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

 

Qəza zamanı bir ailənin üzvləri, sürücü 31 yaşlı Vəliyeva Rəna Söhbət qızı, onun övladları 11 yaşlı Vəliyeva Sevgi Kamil qızı və 10 yaşlı Vəliyev Əli Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər