Modern.az

Bakıda maşın yandı, saxlanılan var

Bakıda maşın yandı, saxlanılan var

21 İyun 2024, 11:42

İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

 

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Rəşad Nəzərov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi