Modern.az

Dünya Kubokunun bombardiri vəfat edib

Dünya Kubokunun bombardiri vəfat edib

1 Mart 2023, 15:40

Fransa millisinin sabiq hücumçusu Jüst Fonten 89 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi onun yaxınlarına istinadən məlumat yayıb.

 

Fonten karyerası ərzində “Reyms” (1956-1962), “Nitsa” (1953-1956) və Mərakeşin “Kasablanka” (1950-1953) komandalırında çıxış edib. O, ümumilikdə 200-ə yaxın qol vurub.

 

Fonten Fransa milli futbol komandasında da çıxış edib, milli komandanın heyətində 30 qol vurub. 1958-ci ildə FIFA Dünya Kubokunda o, 13 qol vuraraq bir çempionatda vurulan qolların sayına görə rekordçu olub.

 

2020-ci ildə Fonten Fransanın Fəxri Legion ordeni ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?