Modern.az

“Formula 1”də sprint yürüşünün qalibləri məlum oldu - YENİLƏNİB

“Formula 1”də sprint yürüşünün qalibləri məlum oldu - YENİLƏNİB

29 Aprel 2023, 13:22

Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün təsnifat turuna yekun vurulub.

 

Modern.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

 

Təsnifat turu üç sessiyadan ibarət olub və yürüşün ümumi nəticəsinə görə, sprint yarışının start düzülüşü müəyyənləşib.

 

“Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar.

 

***

12:33

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin sprint yürüşünün təsnifat turuna start verilib.

 

Modern.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

 

“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

 

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar.

 

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?