Modern.az

\"Formula 2\": Sprint yarışının qalibi məlum oldu - (YENİLƏNİB)

\

29 Aprel 2023, 16:05

“Preme Racing”in britaniyalı pilotu Oliver Berman Bakıda Formula 2 üzrə birinci sprint yarışın qalibi olub.

 

Modern.az xəbər verir ki, O.Bermanın komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar.

 

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar.

 

***

15:01

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı start götürüb.

 

Modern.az xəbər verir ki, yarış təxminən bir saat davam edəcək.

 

Qeyd edək ki, ikinci dərəcəli pilotların yarışında ötən gün "Prema Racing"dən Oliver Bearman həm sərbəst yürüşdə, həm də sıralama turunda lider olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir