Modern.az

Sprint yürüşünün qalibi Peres oldu - YENİLƏNİB

Sprint yürüşünün qalibi Peres oldu - YENİLƏNİB

İdman

29 Aprel 2023, 18:05

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb. 

 

Modern.az xəbər verir ki, 17 dövrənin tamamında "Red Bull" pilotu Serxio Peres qalib olub. 

 

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub. 

 

***

17:32

 

Aprelin 29-da saat 17:30-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşü başlayıb.

 

Modern.az  xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

 

“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

 

Yürüş iştirakçıları 30 dəqiqə ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü