Modern.az

“Formula 2”: Əsas yarışın qalibi bilindi - YENİLƏNİB

“Formula 2”: Əsas yarışın qalibi bilindi - YENİLƏNİB

İdman

30 Aprel 2023, 12:28

Bakıda "Formula 2" üzrə əsas sprint yarışı başa çatıb.


Modern.az xəbər verir ki, "Prema Racing" komandasının klubu Oliver Bearman bütün rəqiblərini geridə qoyaraq qalib gəlib.


"Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olub.

 

***

Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verilib.

 

Modern.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

 

Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.

 

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-də keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar. Aprelin 29-da keçirilən birinci sprint yarışda isə “Preme Racing”in britaniyalı pilotu O.Berman qalib olub. Onun komanda yoldaşı Frederik Vesti ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə qərarlaşıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü