Modern.az

Serxio Peres Bakıda birinci oldu - YENİLƏNİB

Serxio Peres Bakıda birinci oldu - YENİLƏNİB

İdman

30 Aprel 2023, 16:40

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, "Redbull" komanasının pilotu Sergio Peres bütün rəqiblərini geridə qoyaraq birinci olub. 

 

Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.

 

Qeyd edək ki, S.Peres 2021-ci ildə də Azərbaycan Qran-Prisinin qalibi olmuşdu.

 

***

“Red Bull Racing”in pilotu Serxio Peres 39 dövrədən sonra liderliyini davam etdirir.

 

Modern.az xəbər verir ki, onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə yer alıb.

 

***

Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış davam edir.

 

Modern.az xəbər verir ki, “Red Bull Racing”in pilotu Serxio Peres 24 dövrədən sonra liderdir.

 

Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.

 

***

Bakı şəhər halqasında "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürüb.

 
Modern.az xəbər verir ki, əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib, sonra final yarışına başlanılıb.

 

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır. Pilotlar 2 saat ərzində Bakı şəhər trekində 51 dövrə vuracaqlar.

 

“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar.

 

Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

 

Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü

 

1. Şarl Lekler (“Ferrari”)

2. Maks Ferstappen (“Red Bull Racing”)

3. Serxio Peres (“Red Bull Racing”)

4. Karlos Sayns (“Ferrari”)

5. Luis Hamilton (“Mercedes”)

6. Fernando Alonso (“Aston Martin”)

7. Lando Norris (“McLaren”)

8. Yuki Tsunoda (“Alpha Tauri”)

9. Lens Stroll (“Aston Martin”)

10. Oskar Piastri (“McLaren”)

11. Corc Rassel (“Mercedes”)

12. Esteban Okon (“Alpine”)

13. Aleksander Albon (“Williams”)

14. Valtteri Bottas (“Alfa Romeo”)

15. Loqan Sarjent (“Williams”)

16. Quanju Cou (“Alfa Romeo”)

17. Niko Hulkenberq (“Haas”)

18. Kevin Maqnussen (“Haas”)

19. Pyer Qasli (“Alpine”)

20. Nik de Vris (“Alpha Tauri”).

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır