Modern.az

Bu gün çempion müəyyənləşəcək - AVRO-2024

Bu gün çempion müəyyənləşəcək - AVRO-2024

İdman

14 İyul 2024, 09:37

Almaniyada təşkil olunan Avropa çempionatının qalibi bu gün müəyyənləşəcək.

 

Modern.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.

 

Berlindəki Olimpiya stadionunda keçiriləcək matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

AVRO-2024

Final

14 iyul

23:00. İspaniya - İngiltərə

Baş hakim: Fransua Leteksye (Fransa).

Berlin, Olimpiya stadionu.

Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri