Modern.az

100 min barel gücə malik neft yatağı tapmışıq - Ərdoğan

100 min barel gücə malik neft yatağı tapmışıq - Ərdoğan

İqtisadiyyat

2 May 2023, 20:22

Türkiyədə gündəlik hasilat gücü 100 min barel olan neft yatağı aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

O bildirib ki, Cudi Qabar bölgəsində aşkar edilən yataq 2600 metr dərinlikdədir. 

 

"Gündəlik istehlakımızın onda birini ödəyəcək bu yatağın millətin xeyrinə olacağı şübhəsizdir. Biz enerji müstəqilliyimiz yolunda yeni addım atmışıq. Yeni yatağın dəyəri 10 milyard dollardır", - Ərdoğan deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!