Modern.az

Daha bir ölkə Qələbə paradına qatılmaqdan İMTİNA ETDİ

Daha bir ölkə Qələbə paradına qatılmaqdan İMTİNA ETDİ

22 İyun 2020, 13:15

“Almaniya nümayəndləri Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək”.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı səfiri Qeza Andreas fon Qayr deyib.

“Düzgün anladımsa, bu ilki parada koronavirus səbəbilə Moskvaya yaxın olan bəzi xarici ölkə liderləri qatılacaq. Dəqiq məlumatım olmasa da, hazırda heç bir Almaniya nümayəndəsinin parada qatılması planda yoxdur”-deyə səfir sözlərinə əlavə edib.

 

Adətən, mayın 9-da baş tutan parad koronavirus pandemiyası səbəbindən iyunun 24-nə təxirə salınmışdı. Bu ilki parada Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan və Çexiya prezidentləri, Ermənistan və Yaponiya baş nazirləri də qatıla bilməyəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları