Modern.az

Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO  

Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO  

13 İyul 2020, 14:40

İyulun 12-də Tovuz istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olan igidlərimizdən biri də İsmayıllı rayonunun Balik kəndindəndir.

 

Modern.az xəbər verir ki, iyulun 13-də Novruz Aslanov təcili İsmayıllı rayonuna gedərək, Balik kəndində şəhid Xəyyam Daşdəmirovun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

Milli Məclisin digər üzvü Tahir Kərimli də görüşdə iştirak edib.

 

Deputat Novruz Aslanov bildirib ki, şəhidlərin qanı yerdə qalmayacaq. İsmayıllı rayonu vətən uğrunda gedən döyüşlərdə şəhid verən rayonlarımızdandır. Bu gün də xalqımız özünün yeni qəhrəmanlarını tanıdı. Belə təxribatlara Azərbaycan ordusu qətiyyətlə cavab verir. Ön cəbhədə düşmən qarşısında sipər şəkən igidlərimiz torpaq uğrunda şəhid olmağa hər an hazırdırlar. Şəhidlər unudulmur, onlar daim ürəklərdə yaşayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?