Modern.az

İlham Əliyev xalqımızı addım-addım, səbrlə, təmkinlə, əzmlə Qələbəyə doğru apardı

İlham Əliyev xalqımızı addım-addım, səbrlə, təmkinlə, əzmlə Qələbəyə doğru apardı

13 Aprel 2021, 15:05
Hərbi Qənimətlər Parkı Azərbaycanın müzəffər Ordusunun əldə etdiyi tarixi qələbənin simvollarından biri olmaqla yanaşı, uzun illər boyu Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətini himayə edənlərin mahiyyətini də açıb göstərir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanın tarixi şəhərlərindən, mədəniyyət mərkəzlərindən birinin, hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinin “İskəndər-M” kimi böyük dağıdıcı gücə malik raketlərlə atəşə tutulması ağır hərbi cinayətdir və bunun məsuliyyətini həm Ermənistan, həm də bu silahı işğalçı ölkəyə ötürənlər daşımalıdırlar:

 

“Raketlərin Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra şəhərə atılması sübuta yeirir ki, məqsəd Şuşanı darmadağın etməkdən ibarət olub. Bu faktın özü ermənilərin Şuşa ilə bağlı dünyaya danışdıqları yalanları ifşa edir. Və onlar çox yaxşı bilirlər ki, Qarabağın bütün yaşayış məntəqələri kimi Şuşa da azərbaycanlılarındır və məhz buna görə də, onlara məxsus olmadığını çox yaxşı bildikləri şəhərimizi Yer üzündən silmək istəyiblər. Bütün bunlar erməni vəhşiliyinin, azərbaycanlılara qarşı həyata keçirilən ağır hərbi cinayətlərin bariz nümunəsidir”.

 

Azər Kərimli Hərbi Qənimətlər Parkının təkcə məğlubiyyətə uğramış Ermənistan üçün deyil, gözü başqalarının torpaqlarında olan, işğalçılığı, terorru, insanlıq əleyhinə cinayətləri stimullaşdıran bütün dairələr üçün görk olduğunu bildirib:

 

“Hərbi Qənimətlər Parkı işğalçılığın, vandalizmin, aqressiv separatizmin, terrorizmin, nifrət üzərində qurulmuş siyasətin sonunu göstərir. Hərbi Qənimətlər Parkı ətalətin zülm, xeyirin şər üzərindəki qələbəsinin simvoludur”.

 

Millət vəkili ölkəmizin böyük qələbəyə qədər uzun, çətin və şərəfli bir yol qət etdiyini xatırladıb:

 

“Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz verdi və sözün yerinə yetirilməsi üçün ölkə iqtisadiyyatının, Ordunun, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi üçün əlindən gələni əsirgəmədi, xalqımızı, dövlətimizi daim inkişafa, yeniliyə doğru apardı. Azərbaycana qarşı həyata keçirilən saysız-hesabsız təzyiqlərə sinə gərdi, xalqımızı təslimçi sülhə sürükləmək istəyən xarici qüvvələrin və onların daxildəki əlaltılarının məkrli planlarını alt-üst etdi. Azərbaycan xalqını addım-addım, səbrlə, təmkinlə, əzmlə Qələbəyə doğru apardı. Xalqın özünəinam hissini geriyə qaytardı, milli birliyimizi, həmrəyliyimizi, mütəşəkkilliyimizi təmin etdi. Bu baxımdan, Hərbi Qənimətlər Parkı, orada nümayiş etdirilən silahlar, istehkamlar həm də bizi Zəfərə aparan yolun nə qədər çətin, məşəqqətli və şərəfli olduğunu nümayiş etdirir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?