Modern.az

İstanbulda azərbaycanlı güllələndi - VİDEO

İstanbulda azərbaycanlı güllələndi - VİDEO

24 İyun 2021, 00:40

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.

 

Şübhəlilər hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.

 

Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi tardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları