Modern.az

İki jurnalistə vəzifə verildi

İki jurnalistə vəzifə verildi

Media

1 Noyabr 2021, 10:29

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına mətbuat xidmətinin rəhbəri təyin olunub.

 

Modern.az-ın məlumatına görə, Mərkəzdə yeni qurum - Mətbuat xidməti yaradılıb. Xidmətin rəhbəri jurnalist Elnur Hidayətoğlu təyin edilib.

 

E.Hidayətoğlu Modern.az-a faktı təsdiqləyib. Bildirib ki, quruma daha bir jurnalist Hicranə Əlişqızı da təyinat alıb. H.Əlişqızı Mətbuat xidmətinin mütəxəssisi vəzifəsində işləyəcək.

 

E. Hidayətoğlu bu vəzifəyə qədər Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Təbliğat şöbəsinin rəhbəri olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?