Modern.az

Deputat 29 seçicini qəbul edib

Deputat 29 seçicini qəbul edib

Aktual

9 Aprel 2013, 11:27

73 saylı Lənkəran Şəhər dairəsindən deputat Rüfət Quliyev dünən  öz ofisində 29 seçicini qəbul edib. Modern.az - a bu barədə deputatın köməkçisi Əzizbala Mustafayev məlumat verib.

Deputat öncə keçən görüşdə seçicilərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbərliyi ilə birlikdə görülən işlər barədə ətraflı məlumat verib. Ötən görüşdən keçən 1 ay ərzində bir deputat kimi göstərdiyi fəaliyyətdən bəhs edib.

Qəbulda seçicilər tərəfindən qaldırılan bəzi problemlər operativ surətdə yerindəcə həll edilib, həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülüb.

Qəbul zamanı seçicilərdən Ülkər Verdiyeva, Mahmud Məmmədov, Mirismayil Miriyev, Hacı Mərafət Musayev və Məsudə Əliyeva görülən işlərə görə deputata öz təşəkkürlərini bildirib və qeyd ediblər ki, ölkədə belə normal şərait ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir.

Sonda deputat Rüfət Quliyev çıxış edərək möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə, xüsusilə də regionlarda aparılan irimiqyaslı quruculuq işlərindən, ölkə iqtisadiyyatındakı pozitiv göstəricilərdən geniş bəhs edərək seçicilərini əmin edib ki, onların qaldırdıqları hər bir məsələ diqqət mərkəzində olacaq və öz həllini tapacaqdır. Sonra seçiciləri narahat edən məsələlər barədə müzakirə olub.

Həmin gün Rüfət Quliyev seçki dairəsinə daxil olan Sütəmurdov kəndində seçicilərin böyük bir qrupu ilə də görüşüb. Görüş iştirakçıları onların maraq dairəsində olan məsələlər barədə diskussiya aparıb, qarşılaşdıqları problemlər barədə deputata məlumat veriblər.

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?