Modern.az

Ana 2 aylıq körpəsini amansızlıqla öldürdü 

Ana 2 aylıq körpəsini amansızlıqla öldürdü 

Aktual

9 Oktyabr 2022, 09:14

Türkiyənin Qaziantep bölgəsində ana iki aylıq körpəsini bıçaqlayaraq öldürüb.

 

Modern.az xəbər verir ki, hadisə Qaziantepin Şahinbey qəsəbəsinin Yeşilevlər məhəlləsində baş verib.

 

27 yaşlı Nazlı Şəkəroğlu 2 aylıq körpəsi Mustafa Şəkəroğlunu bıçaqladıqdan sonra polisə təslim olub. Övladını amansızlıqla qətlə yetirən ananın psixoloji problemlərinin olduğu iddia edilir. 

 

Polisə ifadə verən qadın bildirib ki, övladının başqa şəxslər tərəfindən öldürüləcəyindən qorxaraq özü onu qətlə yetirmək qərarına gəlib.

 

Hadisə ilə əlaqədar qadın saxlanılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əhmədin məhkəməsində qalmaqal