Modern.az

Hacı Şahinin postu, Fəridin ölümü, intihar edən əsgər… - Modern.az-ın icmalı

Hacı Şahinin postu, Fəridin ölümü, intihar edən əsgər… - Modern.az-ın icmalı

3 May 2023, 09:44

Aprelin 3-də Prezident və birinci xanımın Ağdama səfəri, Milli Məclisdə televiziyalarla bağlı müzakirələr, 7 yaşlı Fəridin məşqçisi tərəfindən öldürülməsi, hərbçimizin özünü güllələməsi gündəmin əsas mövzuları olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər. Dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın əsasını qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 17 məsələ daxil olub. Milli Məclisin iclasında çıxış edən deputat Ceyhun Məmmədov deyib ki, bir neçə gündür mediada davamlı olaraq ölkəmizdə "Kərimə dövləti" qurmağa çağırış edən, Azərbaycan gənclərini bu məqsədlə təşkilatlanmağa, təxribatlar törətməyə təhrik edən iki şəxsin - Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi ilə bağlı məlumatlar yayılmaqdadır: "Düşünürəm ki, münasibətlərin daha da normallşadırılması, gələcəkdə belə fəaliyyətlərin davam etdirilməməsi üçün İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir". O, həmçinin qeyd edib ki, ölkə daxilində radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir.

 

Dünən parlamentdə televiziyalar da müzakirə mövzusuna çevrilib. Komitə sədri Zahid Oruc bildirib ki, yerli TV-lərə baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb. Səbəblər dərin və çoxşaxəlidir: "Üst-üstə 5-6 milyon ölkə əhalisinin yarıdan çoxunun instaqram izləyicisi olması onu göstərir ki, ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında kifayət qədər zövqsüz və savadsız bir kütlə dayanır. Bütövlükdə, artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır".

 

Deputat Siyavuş Novruzov isə deyib ki, televiziyalarda verilişlərə xüsusi diqqət edilməlidir: "Görürsən ki, 70 yaşlı kişini televiziyaya evlənməyə çağırırlar. Axı bizim milli mentalitemiz var, bu kimi hallar bizlərə ziddir. Rusiyada belə verilişlər var, amma onların mentaliteti fərqlidir, biz belə olmalı deyilik. Televiziyalarda evlənməkmi olar?". Ceyhun Məmmədov isə vurğulayıb ki, telekanallar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərinin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər.

 

Plenar iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlər müəyyənləşib. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

 

Milli Məclisin iclasında deputat Kamal Cəfərov bildirib ki, Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır: "Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Eyni zamanda uşaqlara da səslənirik ki, belə hallarla qarşılaşdıqda polisə bildirsinlər".

 

Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı, Avropaya inteqrasiya məsələləri üzrə parlament komissiyasının rəhbəri Arman Yeqoyanın sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiyada görüşəcəklər. Yeqoyan onu da əlavə edib ki, Ermənistan və Azərbaycanın mütəmadi olaraq bir-birinə öz təkliflərini verərək ötürdükləri sənəd “Münasibətlərin tənzimlənməsi haqqında müqavilə” adlanır. Yeqoyan bu sənədin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.

 

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o, bu gün təqdim olunacaq. M.Qurbanlı məscidə yeni təyinatların olacağını da vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı təyin ediləcək".

 

Dünən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Ramil İlham oğlunun odlu silahdan atəş açmaqla özünü öldürüb. Hadisə ilə bağlı cinayət işi açılıb.

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb. Onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Sumqayıt Tibb Mərkəzi məşq zamanı ölən uşaqla bağlı açıqlama yayıb. Bildirilib ki, 2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub.

 

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda 9 məhəllədə komendant saatı elan edilib. Qərar terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatla əlaqədar qəbul edilib. Müvəqqəti olaraq küçəyə çıxmaq qadağan olunub.

 

İsrailin cənubuna 20-dən çox raket atılıb. Nəticədə 3 nəfər yaralanıb. Hücum görə məsuliyyəti Fələstinin Birgə Komandanlığı öz üzərinə götürüb. Komandanlığa HƏMAS və "İslami Cihad" kimi silahlı qruplaşmalar daxildir. İsrail ordusu Qəzza zolağına cavab zərbələri endirib. İsrail və Fələstin atəşkəs barədə razılığa gəliblər. Atəşkəs mayın 3-də səhərə yaxın qüvvəyə minib. Razılığın əldə edilməsində Misir, Qətər və BMT vasitəçilik edib.

 

Ağ Evin milli təhlükəsizlik şurasının sözçüsü Con Kirbi bildirib ki, Rusiya ordusu son 5 ayda Baxmutda və Ukraynanın digər bölgələrində gedən döyüşlər zamanı 100 min itki verib.


Suriya mediası İsrailin Hələb şəhərinə və şəhərdə yerləşən hava limanı yaxınlığına raket zərbələri endirdiyini bildirib. Zərbələr zamanı Suriya ordusunun bir hərbçisi ölüb, 7 nəfər yaralanıb. Suriya ordusu raketlərdən bir neçəsini havada zərərsizləşdirib. Raket zərbələrindən sonra Hələb Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb. İsrail rəsmiləri aviazərbələr barədə heç bir açıqlama verməyib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

Davutoğlu: Bakıya və Naxçıvana getsəydim... - VİDEO+FOTOLAR

Vasif Talıbovun qudası İŞDƏN ÇIXARILDI - FOTO

Qarabağda sülh və sabitlik olsun - Dövlət Departamenti

O, mayor idi, Sovet ordusundan istefa verdi, Şuşanın müdafiəsində dayandı

Nəticəni Oğan və İnce müəyyən edəcək - Siyasi şərhçi

7 yaşlı Fəridi öldürən məşqçini gözləyən cəza - Tanınmış vəkil açıqladı

“Samsung ”dan işçilərə “ChatGPT” QADAĞASI

Blinken sülh üçün İrəvana təzyiq göstərməlidir – ABŞ institutu

Azərbaycan xalqı Ərdoğanı niyə dəstəkləyir - SƏBƏB

Hacı Şahinin adamları Məşədi Dadaşı TƏRK EDİB

Milli Məclisdə mina terrorundan danışıldı - Susurlar...

Ürəktutmasından ölüm halları artır – Səbəb vaksindir?

Vaşinqton görüşü: Sülh yaxınlaşır, masada vacib sənəd var

Mehman Xəlilov qanun qarşısında cavab verəcək - Nazirlik

Hadisə günü anası da orada olub - 7 yaşlı Fəridin atası

İsrail Güney Azərbaycana niyə maraq göstərir? - ŞƏRH

Vaşinqton görüşünə Kreml belə REAKSİYA VERDİ

Leysanın fermerlərə vurduğu ziyan: Qiymətlər artacaq?

Uşağım o dünyaya ac getdi - 7 yaşlı Fəridin anası

Onlar kralın tacqoyma mərasiminə dəvət edilmədi

Putindən Bakı və İrəvana xəbərdarlıq – Kreml sülhə “yox” dedi

Nə qədər belə hadisələr olur – İdmançılardan Fəridin ölümünə REAKSİYA

Naxçıvanda daha bir quruma direktor TƏYİNATI

“Beşiktaş”dan Azərbaycan dilində paylaşım: Can qardaş!

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?