Modern.az

Deputat: Media siyasətinə yenidən baxmalıyıq 

Deputat: Media siyasətinə yenidən baxmalıyıq 

Media

2 May 2023, 12:30

“Bütövlükdə media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq. Televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil, eyni zamanda maarifləndirməkdir. İnsanlarımızın bizdən gözləntisi budur. Bizə ünvanlanan ən çox narazılıqlardan biri də bununla bağlıdır”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov səsləndirib.

 

Deputat bildirib ki, telekanallar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərinin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər.

 

"Bu gün dövlətimizin medianı dəstəkləməyə kifayət qədər imkanı var  Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik. Eyni zamanda hesab edirəm ki, bu gün dünyada gedən informasiya müharibəsi fonunda biz əcnəbi dillərdə - rus, ingilis, fars, ərəb dillərində verilişlərin təşkilinə xüsusi önəm verməliyik. Bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik. Bu gün bir sıra dövlətlər, o cümlədən Türkiyə bu istiqamətdə çox fəal iş aparır. Bizim televiziyalarımız da bu istiqamətdə fəal olmalıdır".

 

Parlamentari vurğulayıb ki, hazırda ənənəvi media sosial şəbəkələrlə rəqabətdə uduzur:

 

"İnsanların çoxu sosial şəbəkələri izləyir. Sosial media siyasətimizə yenidən baxmalı, bu istiqamətdə fəal iş aparmalıyıq. Biz informasiyaları elə təqdim etməliyik ki, insanlar ona baxsınlar. Bəzən televiziyada bir verilişə min adam baxırsa, sosial mediada milyonlarla insan baxır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi