Modern.az

"Tanrının çiynində Ukrayna bayrağı olan şevron var" - Zelenski

Dünya

6 May 2024, 08:11

Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa bayramı ilə bağlı xalqa videomüraciət edib.

 

Modern.az xəbər verir ki, o, ukraynalılara məxsus naxışlı köynək geyinərək Müqəddəs Sofiya kafedralının fonunda müraciət səsləndirib.

 

Zelenski bildirib ki, Tanrı Ukraynanın müttəfiqinə çevrilib. Onun sözlərinə görə, ukraynalılar Tanrının çiynində Ukrayna bayrağı olan şevron olduğuna inanırlar.

 

O deyib ki, köhnə qonşu” indi öz hərəkətlərinə görə Ukraynadan “əbədi uzaqdadır”:“Dünya bunu görür. Bunu Allah bilir. Biz isə inanırıq: Tanrının çiynində Ukrayna bayrağı olan şevron var. Beləliklə, belə bir müttəfiqlə həyat ölümü mütləq məğlub edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?