Arxiv
17 Sentyabr 2022, 20:32 | ÖLKƏ
“Atəşkəs uzun çəkməyəcək” - Sərhəddə yenə təxribat GÖZLƏNİLİR
“Atəşkəs uzun çəkməyəcək” - Sərhəddə yenə təxribat GÖZLƏNİLİR

12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalardan sonra tərəflər arasında atəşkəs razılığı əldə olunub. Artıq 3 gündür ki, atəşkəs razılaşmasına riayət edilir. Bununla belə sərhəddə təhlükənin aradan qalxmadığı, vəziyyətin gərgin olduğu deyilir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq, yenidən təxribata əl atacağı da istisna edilmir. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, atəşkəs haqqında razılaşma xəbəri Rusiyadan verilib:

 

"Ötən gün Səmərqənd sammitində çıxış edən ölkə başçısı dedi ki, Ermənistan tərəfi atəşkəsə iki gündür əməl edir. Lakin, ermənilərin öhdəliyə sonadək riayət edəcəyinə zəmanət vermək mümkün deyil".

 

Ekspert hesab edir ki, sərhəddəki toqquşmalardan sonra döyüşün dayandırılması Ermənistanın çoxsaylı itkilər verməsi ilə əlaqədardır. Onun sözlərinə görə, rəsmi olaraq atəşkəs haqqında elan verilməyib. Bu baxımdan o, atəşkəsin uzun çəkməyəcəyini düşünür:

 

“Şəhidlərimizin sayı 79-a çatıb. Yaralananların sayı isə  282 nəfərdir.  Müdafiə Nazirliyinin məlumatına görə, onlardan 115-nin vəziyyəti kafidir, 43 nəfər isə ordu sıralarına geri qayıdıb. 103 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti daha ağırdır. Həmin 21 yaralı arasında ola bilsin ki, dünyasını dəyişənlər də oldu. Güllə və qəlpə yaraları öz fəsadlarını 12 gün ərzində göstərir. Yenə deyirəm, Allah qorusun! Ancaq yaralılardan dünyasını dəyişənlər ola bilər. Hər halda dua edək ki, onlara heç nə olmasın”.

 

Ekspert Azərbaycan Ordusunun humanist davranışını xatırladaraq, hərbçilərimizin yaralı erməni əsgərə tibbi yardım göstərdiyini sözlərinə əlavə edib:

 

“Yaralı erməni əsgərinə yardım göstərilməsini əks etdirən video yayılıb. Bu, elə-belə deyil. Düşmən başa düşməlidir ki, hətta onun əsirləri, eyni zamanda döyüş meydanındakı yaralıları ilə Azərbaycan humanist davranır və beynəlxalq hüquq çərçivəsində addım atır. Eyni addımı biz Ermənistan tərəfindən də gözləyirik”.

 

Hərbi ekspert hesab edir ki, Azərbaycan-Ermənistan sərhədində sabit vəziyyət uzun sürməyəcək:

 

“Mən indiki sakitliyin davam edəcəyini düşünmürəm. Çünki Ermənistana havadarlıq edənlərin İrəvana səfərləri başlayır. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün İrəvana gəlib. O, Paşinyana dəstəyini çatdıracaq. Həmçinin digər gələnlər də. Bir sözlə, vəziyyət hələ gərgin olaraq qalır. Həm də Paşinyanın sakitləşməsi gözlənilmir. Çünki Paşinyana itirdiyi mövqeləri geri qaytarmaq lazım gələcək. O hansısa uğur qazanaraq, Azərbaycan Ordusunu cəzalandırdığını daxili auditoriyaya göstərməyə çalışacaq. Biz isə öz növbəmizdə Rusiyanın, eləcə də Amerikanın vədlərinə inanmamalıyıq. Bir həftə, on gün xalqımız və Ordumuz ayıq-sayıq olmalıdır. Düzdür, başımız şanlı şəhidlərimizin dəfninə, yaralılarımızın müalicəsinə qarışıb. Unutmayaq ki, zabit və əsgərlərin cəmləşdiyi mövqelərə düşmənin xain hücumları davam edəcək. Onlar bu hücumları həm artilleriyadan, həm də minaatanlardan edəcəklər”.

 

Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ordusunun mövqelərindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 79 şəhid verib. Ermənistanın isə rəsmi məlumata görə, 135 hərbçisi ölüb. 

Sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Bu stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:50, Bu gün Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir 15:40, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:40, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:37, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün