Modern.az

Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI

Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI

Ölkə

11 Sentyabr 2023, 10:45

Ədliyyə Nazirliyi daha iki partiyanı rəsmi qeydiyyata alıb. Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası qeydiyyatdan keçən siyasi təşkilatların sırasına əlavə olunub.

 

Bu barədə Modern.az-a partiya rəsmisi Niyaməddin Orduxanlı məlumat verib.

 

O qeyd edib ki, partiyanın 5 mindən çox üzvü qeydə alınıb. "BAXCP iqtidarı siyasi islahatları dərinləşdirməyə və yeni Konstitusiya qəbulu istiqamətində müzakirələr açmağa çağırır", - partiya rəsmisi deyib.

 


Qeydiyyatdan keçən digər siyasi partiya Ədalət Partiyasıdır. Xəbəri saytımıza açıqlamasında partiyanın sədr müavini Mütəllim Rəhimli təsdiqləyib. O deyib ki, partiya Ədliyyə Nazirliyinə 5472 nəfərin adını təqdim edib.

 

Beləliklə, qeydə alınan siyasi partiyaların sayı 24-ə çatıb. Daha 3 partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.

 

1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev)

2. Ağ Partiya (sədr Tural Abbaslı)

3. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı)

4. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev)

5. Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev)

6. Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı)

7. Haqq Ədalət Partiyası (sədr Əli İnsanov)

8. Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə)

9. Ümid Partiyası (sədr İqbal Ağazadə)

10. Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev)

11. Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu)

12. Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn)

13. Vəhdət Partiyası (sədr Tahir Kərimli)

14. Azad Vətən Partiyası (sədr Akif Nağı)

15. Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu)

16. Müasir Müsavat Partiyası (sədr Hafiz Hacıyev)

17. Müsavat Partiyası (sədr Arif Hacılı)

18. Respublikaçı Alternativ Partiyası (sədr İlqar Məmmədov)

19. Yeni Zaman Partiyası (sədr Musa Ağayev)

20. Böyük Quruluş Partiyası (sədr Fazil Mustafa)

21. Gələcək Azərbaycan Partiyası (sədr Ağasif Şakiroğlu)

22. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Qüdrət Həsənquliyev)

23. Ədalət Partiyası (İlyas İsmayılov)

24. Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Əli Kərimli)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü