Modern.az

Müharibə iştirakçılarına psixoloji xidmətlər təklif etmişik - Mərkəz direktoru

Müharibə iştirakçılarına psixoloji xidmətlər təklif etmişik - Mərkəz direktoru

Ölkə

12 Mart 2024, 12:53

“Vətən müharibəsindən sonra bir çox insanlarda psixoloji travmalar başladı. Bu şəxslər psixoloji yardım şirkətlərinə müraciət etdilər. Onlar müharibə iştirakçılar, şəhid ailələri, erməni terrorundan əziyyət çəkən insanlardır”.


Modern.az xəbər verir ki, bunu “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası" kitabının təqdimatında çıxış edən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib. 


O bildirib ki, təsadüfi deyil ki, müharibədən dərhal sonra ölkə başçısının ilk qərarından biri psixoloji yardım xidmətlərinin təşkili oldu:

 

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatı birgə təşəbbüsü və fəaliyyəti əsasında müxtəlif psixoloji xidmətlər təşkil olunub.  Eyni zamanda bir çox insanlara daha spesifik , daha dərin psixoterapiya lazım olur. Söhbət sübuta əsaslanan psixoloji mühalilərdən gedir. Bu mülahilələrində növlərinin ölkəyə gətirilməsində bizim xaricdə yaşayan həmyerlilərimizə rolu böyükdür. "For Azerbaijan" xeyriyyə təşkilatı bir neçə layihələri bura gətirdilər. Layihələrdən biri psixoloji yardımın dəstəklənməsidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?