Modern.az

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Parlament

1 Mart 2023, 12:18

Martın 3-də parlamentdə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək.

 

Parlamentdən Modern.az-a verilən məlumata görə, dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

 

Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına - Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı