Modern.az

Daha bir qrup deputat Türkiyəyə gedir - Seçkilərə görə

Daha bir qrup deputat Türkiyəyə gedir - Seçkilərə görə

Parlament

25 May 2023, 14:27

Milli Məclisin bir qrup deputatı Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər.

 

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

 

Səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da Azərbaycan nümayəndə heyəti rəhbəri Azay Quliyev isə ATƏT PA xətti ilə Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

 

Səfər mayın 29-da başa çatacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir