Modern.az

Sahibə Qafarova yaz sessiyasında görülən işlərdən DANIŞDI

Sahibə Qafarova yaz sessiyasında görülən işlərdən DANIŞDI

31 May 2023, 13:51

Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasında görülən işlər, qəbul olunan qanunlar haqqında məlumat verib.

 

Modern.az xəbər verir ki, spiker bu barədə parlamentin bu gün keçirilən iclasında danışıb.

 

“Yaz sessiyası dövründə 14 plenar iclas keçirilib, 91 qanun qəbul edilib, 1 yeni qanun qəbul olunub, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiq olunub”, - parlament sədri deyib.

 

Spiker bildirib ki, yaz sessiyası zamanı ən yadda qalan hadisələrdən biri Ümumilli lider Heyər Əliyev ilə bağlı keçirilən xüsusi iclas olub.

 

Bundan əlavə, spiker dövlət orqanları ilə əməkdaşlığa görə təşkkür edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır