Modern.az

“Tariximizi öz dilimizdə tədris etməliyik” - Emin Əmrullayev

“Tariximizi öz dilimizdə tədris etməliyik” - Emin Əmrullayev

Təhsil

25 Noyabr 2022, 16:25

Rus bölmələrində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması pilot layihədir. Fikrimcə, tariximizi öz dilimizdə tədris etməliyik.

 

Modern.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

Nazir əlavə edib ki, məktəbdaxili nizam-intizam qaydaları hələ tətbiq edilməyib:

 

“Bu qaydalar ictimai müzakirədədir. Biz də istəyirik ki, vətəndaşlar qaydalarla bağlı fikirlərini bildirsinlər. İkinci yarım ildən bu qaydalar 300 məktəbdə pilot layihə şəkildə tətbiq olunacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj