Modern.az

Bakı Fransız Liseyi fəaliyyətini DAYANDIRIR - YENİLƏNİB

Bakı Fransız Liseyi fəaliyyətini DAYANDIRIR - YENİLƏNİB

Təhsil

19 Aprel 2024, 14:40

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.
 

Modern.az-ın məlumatına görə, məlumat təhsil müəsissəsindən təsdiq edilib.


Liseyin bağlanmasının kommersiya problemləri ilə əlaqəli olduğu bildirilir.


Yeni tədris ilindən məktəbdə təhsil alan şagirdlərin digər təhsil müəssisələrinə yerləşdiriləcəyi qeyd olunur.

 

***

14:05

 

Bakıda fəaliyyət göstərən Fransız Liseyinin bağlanacağı barədə xəbərlər yayılıb.
 

Modern.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.


Məlumata görə, sözügedən liseydə təhsil alan şagirdlərin valideylərinə məlumat verilib.


Məlumatı dəqiqləşdirmək üçün liseylə əlaqə saxlasaq da, bu barədə dərhal açıqlama verilməyib.

Qeyd edək ki, Bakı Fransız Liseyi 2014-cü ildə Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların həmçinin Azərbaycan vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.

Liseyin bağlanmasının Fransa və Azərbaycan arasındakı münasibətlərdə son dövrlər yaşanan gərginliklə əlaqəli olduğu bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl Fransa Azərbaycankı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
 

Məktəbin bağlanması barədə xəbəri ilk dəfə report.az saytı yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…