Modern.az

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

30 Aprel 2024, 15:18

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

 

Modern.az-ın məlumatına görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 55587 nəfərdən 422 nəfər imtahana gəlməyib.

 

Tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 4 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Yüksək bal toplayan şagirdlər aşağıdakılardır:

 

1. Əmiraslanlı Tuncay Natiq oğlu (Sumqayıt şəhəri, 23 saylı orta məktəb)
2. Xəlilli Aylin Elşən qızı (Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey )
3. Həsənli Aydın Çingiz oğlu (Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 saylı orta məktəb)
4. Alıyev Nəsib Şamil oğlu (Bakı şəhəri, 270 saylı orta məktəb)

Whatsapp
Bizə yazın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları