24 iyun 2018, Bazar
Ana Səhifə - Yazılar - Aşura bizə nə verdi?
Aşura bizə nə verdi?
03.10.2017, 12:58

Anar TURAN


Aşura...Yəni onuncu gün.  Sözün etimologiyasına nəzər salsaq, görərik ki, əksəriyyətin İmam Hüseynin qətlə yetirilməsi ilə tanıdığı bu günün, əslində, idealist tarix baxımından təqribən insanlığın yaşına yaxın keçmişi var. Bu gün İslam inancına görə, bir sıra tarixi hadisələr baş vermişdir...

 Aşura günü baş verən hadisələrin hər birinin  din tarixi baxımından bəşəriyyət üçün misilsiz yeri vardır. Ona görə də Aşuranı hətta bayram kimi qeyd edənləri də bu sarıdan hardasa anlamaq mümkündür. Lakin tarixin ironiyasına baxın ki, Məhərrəm ayının 10-cu günündə  İslam tarixində daha çox faciəvi çalarlarla yadda qalan hadisələr baş verdi. Hz. Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn özünün 72 nəfər müridi ilə birgə Kərbəlada qətlə yetirildi. Bununla da bir növ Məhərrəm ayının əsl mahiyyəti və Aşura gününün din tarixi baxımından möhtəşəm hadisələrlə yadda qalan keçmişi qismən unuduldu. Xeyir ayı yas, hüzn ayına çevrildi. Halbuki ilahi hikmətə diqqət etsək görərik ki,  bu gündə dünyanın  xilas edilməsi, yəni Nuh  peyğəmbərin gəmisinin Cudi dağında quruya çıxması baş verib.  Yunus  peyğəmbər  balığın qarnından məhz Məhərrəm ayının 10-cu günü xilas oub. Yusif  peyğəmbər qardaşlarının atdığı quyudan aşura günü xilas edilib. İsa peyğəmbər aşura günündə dünyaya gəlib və yenə həmin gün səmaya yüksəldilib. Davud peyğəmbərin tövbəsi həmin gün qəbul edilib. O cümlədən İbrahim peyğəmbərin oğlu İsmayıl da həmin gün dünyaya gəlib və s. və i. Lakin bunları çoxumuz bilmirik, bilsək də, bunlar İmam Hüseyinin şəhadəti qədər bizə təsir etmir.

 Bir düşünün. Yezid ibn Müaviyyənin xəlifəliyi qəsb etməsi nələrə gətirib çıxarırdı. Yezid mənbələrdə içki, eyş-işrət düşkünü və zalımlığı ilə tanınan biri kimi qeyd olunur. Hətta çox sevdiyi və Əbu Qeys adı verdiyi meymunu ölərkən ona müsəlmanlar kimi dəfn təşkil etmiş, saray əhlini Əbu Qeysə ağlamağa məcbur etmiş və nəticədə Şam şəhərinin əhalisi Əbu Qeys adlı məxluqun hansısa peyğəmbər səhabəsi olduğunu güman edərək günlərlə ona yas saxlamışdır. İslamın yenicə möhkəmlənən və yayılan vaxtlarında belə bir hakimin cəmiyyəti hansı fəsadlarla qarşı-qarşıya qoyacağı artıq bəlli idi. Və İslam dini mənəvi dəyər kimi tamamilə arxa plana keçə və hətta yenidən bütpərəstliyə qayıdış baş verə bilərdi. Bəlkə də Yezidin məqsədi də bu idi. Çünki mənbələr onun peyğəmbər nəslinə qarşı ədavət saxladığını, kin-küdurətinin yerə-göyə sığmadığını və bu üzdən özünü dəhşətli günahların içinə atdığını qeyd edirlər. Lakin o da var ki, İslamda ictimai əxlaq, ehtiyac duyana kömək etmək, arxa durmaq və ən vacib olan isə haqsıza sən haqsızsan deməyin əzmini və fəzilətini hər halda biz müsəlmanlardan daha yaxşı bilən Həzrəti Hüseyn idi. Və nə yazıq ki, minlərlə məktubun və imdad səslərinin çağırışına o məhəl qoymaya bilməzdi. Hətta xaincəsinə meydanda tək qoyulacağı ona dəfələrlə deyilsə də. Yəni İmam Hüseynin özünü İslam yolunda fəda etməsi və bir gün belə unudulmaması, sevilməsi Yezidliyin nə demək olduğunu sübut etməsi məncə təsadüf ola bilməzdi. Nə bilmək olar, bəlkə də Aşuranın xilasedici missiyasının son akkordu məhz İmam Hüseynin şəhadəti olmalı idi ? Məgər Aşuranın İslam dini tarixində əsas yeri elə məhz bu şəhadətin, qəhrəmanlığın, əyilməzliyin təntənəsi deyilmi ? Bəlkə bu hüzn gününün təfsirində bir bayram, qələbə işarəsi, fəlsəfəsi var ? Görünən odur ki, 14 əsrə yaxındır  dinindən asılı olmayaraq insanlıq  İmam Hüseyni öyrənir və öyrənməkdə davam edir. Dünya tarixinə bu qədər fatehlər gəlib gedib. Hər biri tarix kimi öyrənilir, təhlil edilir, tənqid edilir. Eləsi var ki, heç adı, doğumu, ölümü unudulub. Amma İmam Hüseyin isə canlıdır, tarixin böyük abidəsinə çevrilməklə yanaşı, hər il yenilənir, müasirləşir. Gələn nəsilin rəğbətini qazanır. Hətta onu qəbul etməyənlər belə onu yenidən öyrənməyə, kəşf etməyə çalışır. Hər dəfə ona baxanda isə fərqli bir İmam Hüseyn qarşılarına çıxır. Bəzilərinin zəiflətmək, bəlkə də yox etmək istədikləri imam Hüseyn daha görkəmli şəkildə onlarla qabaqlaşır. Bunun özü Aşura bayramı deyilmi ? Aşura bu millətə haqlı ikən haqsızın yanında olmamaq kimi bir örnək aşıladı. Aşura nəinki bu topluma, bütün müsəlmanlara peyğəmbərin öz nəvəsini əmanət qoyub getdiyini bir daha əxz etdirdi. Aşura bu millətə baş yarmağı, zəncir vurmağı, əzadarlığı aşılamasa da, İmam Hüseyn sevərlərin bir çoxu bunu aşılamağa çalışdılar və düşündülər ki, bununla bəlkə də daha çox onu sevdiklərini sübut edə bilərlər. Aşura bu millətə sevdiyi dəyərlərdən, ideallardan ötrü ölməyi bacarmağın çətin olmadığını isbatladı.  Aşura bu torpaqda millət olmamız üçün bizə yadellilərlə savaşmağa əlavə əzm verdi.  Rus imperializminə qarşı 200 ilə yaxın döyüşərək nəhayət qələbə qazanmaq hissini aşıladı. 70 il Azərbaycanda bütün sovet kəşfiyyat idarələrinin rəhbərləri məhz Aşura ucbatından, dininə sahib çıxan toplumu ram edə bilmədiklərinə görə töhmət aldılar. Sovet təbliğat maşınının adını “şaxsey-vaxsey” qoyub hər gün mətbuatda “vurduğu” Aşura əslində bir millətin inancının bayrağına çevrildi. Aşura bu millətə XX əsrdə yüz minlərlə şəhid verdi. Aşura 20 Yanvar şəhidliyi, “Xocalı “ şəhidliyi bəxş etdi bu millətə... Daha Aşura nə etməlidir ki bundan artıq ? Onsuz da bu millətin son iki əsrdəki günü-güzəranı Aşura qədər qanlı, bu gün qədər gözü yaşlı olub. Aşura bu millətin klassik poeziyasından tutmuş, müasir nəsr nümunələrinədək,  teatr və kulinariya mədəniyyətinə qədər təsir edib.

Hər yerimizdən ağır-ağır qalxanda intellektual cəmiyyət deyirik. Füzulini öyrənmədən, Nəsimini, Şah Xətaini, Yunus Əmrəni, Seyyid Əzimi, Sabiri, M. Ə. Rəsulzadəni,Üzeyir bəyi öyrənmədən hansı intellektuallıqdan söhbət gedə bilər ? Məgər bu adını çəkdiklərimiz Aşuradan heç bir şey mi əxz etməyib, bu barədə heçnə mi yazmayıb, bu mübarizəni heçmi hesab ediblər ? Bu millət öldükcə ölməyi, sevdikcə sevməyi, yazdıqca yazmağı öyrəndi Aşuradan. Və ən nəhayət iki fərqli təfəkkürün davasında haqlının yanında yer almanı, haqsıza arxa çevirməyi aşıladı Aşura. Hər yerdə bir içim suyu qıyıb verməyənə “Yezid xislətli”, “Yezidin biri “ kimi təhqiramiz ifadələr də öyrətdi... Əsas odur ki, bu millət doğru müqayisəsini edəndə Yezidi deyil, Hüseyni seçdi, haqsızı deyil, haqlını sevdi, güclünü deyil, zəifi anladı, qatili deyil, məzlumu öyrəndi, onun ahına şərik çıxdı.  Nəhayət, Cavad xan kimi, Mübariz kimi vətəni, sahib olduqlarını sevmək, qorumaq, onların uğrunda ölməyi təlqin etdi. Hələ də  bəzilərimiz deyir ki, Aşura bizə nə verdi ?


SON XƏBƏR
Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Deputat: “Türkiyədəki seçkilərdə qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Deputat: “Türkiyədəki seçkilərdə qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar
24.06.2018, 14:50

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib
24.06.2018, 14:40

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək
24.06.2018, 14:28

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək

Goranboyda maşın aşdı: xəsarət alanlar var
24.06.2018, 14:24

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
24.06.2018, 13:51

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24.06.2018, 13:15

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24.06.2018, 13:03

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir
24.06.2018, 12:52

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24.06.2018, 12:27

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

Nazir Yavər Camalov Şüvəlanda dəfn olunacaq
24.06.2018, 11:52

Nazir Yavər Camalov Şüvəlanda dəfn olunacaq

Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirir
24.06.2018, 11:27

Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirir

İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb
24.06.2018, 11:04

İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb

Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir...
24.06.2018, 10:40

Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir...

Azərbaycan Ordusu 100 - VİDEO
24.06.2018, 10:38

Azərbaycan Ordusu 100 - VİDEO

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
24.06.2018, 10:33

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir

“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI
24.06.2018, 10:11

“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI

Ermənilər atəşkəsi 92 dəfə pozdu
24.06.2018, 09:41

Ermənilər atəşkəsi 92 dəfə pozdu

İki gün əvvəl qəzada yaralanan sürücü öldü
24.06.2018, 09:34

İki gün əvvəl qəzada yaralanan sürücü öldü

Vəzifə başında ölən azərbaycanlı məmurlar...   
24.06.2018, 09:02

Vəzifə başında ölən azərbaycanlı məmurlar...  

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO
24.06.2018, 09:00

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib
24.06.2018, 08:52

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  
24.06.2018, 08:47

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar   
24.06.2018, 08:39

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar  

Hacıqabulda DƏHŞƏTLİ QƏTL: xalası qızının boğazını kəsdi
24.06.2018, 08:22

Hacıqabulda DƏHŞƏTLİ QƏTL: xalası qızının boğazını kəsdi

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM   
24.06.2018, 08:19

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM  

“Sən xərçəngə qalib gəlmək gücdəsən”   - Millət vəkili
24.06.2018, 01:02

“Sən xərçəngə qalib gəlmək gücdəsən” - Millət vəkili

Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
24.06.2018, 00:52

Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

Bu gün Türkiyədə xalq prezident və parlamenti seçir
24.06.2018, 00:29

Bu gün Türkiyədə xalq prezident və parlamenti seçir

“Polis” 20 qəpik ödəməmək üçün avtobusun açarını qırdı - VİDEO
24.06.2018, 00:16

“Polis” 20 qəpik ödəməmək üçün avtobusun açarını qırdı - VİDEO

Dünya Çempionatı-2018: Almaniya son anda  qrupdan çıxma sanşı qazandı
23.06.2018, 23:59

Dünya Çempionatı-2018: Almaniya son anda  qrupdan çıxma sanşı qazandı

Mərkəzi Elmi Kitabxana və BDU arasında Memorandum imzalandı-FOTOLAR
23.06.2018, 23:31

Mərkəzi Elmi Kitabxana və BDU arasında Memorandum imzalandı-FOTOLAR

45 İŞİD terrorçusu məhv edildi
23.06.2018, 23:17

45 İŞİD terrorçusu məhv edildi

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.1%)
Braziliya(23.4%)
Almaniya(10.7%)
İngiltərə(2.43%)
Portuqaliya(12.1%)
İspaniya(5.85%)
Fransa(4.87%)
Belçika(2.43%)
Seneqal(3.90%)
Rusiya(21.9%)