13 dekabr 2018, Cümə axşamı
Ana Səhifə - Yazılar - Türkiyədə kimi dəstəkləyək? - AKP, CHP, MHP, “İyi Parti”...
Türkiyədə kimi dəstəkləyək? - AKP, CHP, MHP, “İyi Parti”...
27.10.2017, 12:58

Fazil Mustafa,
Milli Məclisin üzvü

Türkiyəmizin içində, çölündə olub-bitənlər bizi ya sevindirir, ya da rahatsız edir. Özümüzə aid duyğuları bir çoxlarımız səmimi şəkildə Türkiyə üçün də yaşayırıq. Bu səmimi yaşantımız da böyük ehtimalla Türkiyənin Azərbaycan üçün önəmini, mahiyyətini anlamaqdan irəli gəlir. Bir məsələdə isə Türkiyəyə həssas yanaşanlardan xeyli fərqli düşüncədə olduğumu sezirəm. Bəlkə də bu mühiti alt qatlarından başlayaraq nisbətən yaxşı çək-çevir etməyimdən qaynaqlanan bir duyum da ola bilir. Bəzən nəyə gülüb geçirəm? Kimsə Türkiyənin hansısa futbol komandasının azarkeşi kimi başqa bir azərbaycanlı rəqib komandanın azarkeşi ilə mübahisə edəndə. Bir azərbaycanlı fənərli digər azərbaycanlı qalatasaraylının az qalır başını yarsın. Daha nəyə gülüb keçirəm? Kimsə CHP və ya MHP təəssübkeşi kimi AKP-ni qaralayanda. Yaxud da kimsə AKP fədaisi kimi solçulara sataşanda. Hələ Azərbaycanda yüzlərlə insanı eşidirəm ki, qapısının ağzına zibil tökmüş qonşusundan çox Türkiyə prezidenti Ərdoğana nifrət edir. Digəri ağzını açan kimi Türkiyənin qaranlığa gömüldüyündən danışmağı sevir. Başqa birisi Ərdoğanı yerə-göyə sığdırmır, kişi adamdır deyir, başqa türk siyasətçilərini düşmən obrazında görür. Bu cür müxtəlif rəylərin olması əlbəttə, təbii sayılmalıdır, fikir, mövqe plüralizmi deyilən nəsnə təqribən elə budur. 

Ancaq sözümün canı başqa yerdədir. Ötən günlərdə Türkiyədə yeni bir partiya yarandı. Həm də böyük səs- küylə. Əlbəttə, kimsə öz partiyasını "Pis partiya" adlandırmaz, yaxud da "Qara partiya" adıyla heç çağırmaz. Ya "yaxşı", ya "ağ", ya "doğru" və ya "ədalət" adlarından biri seçilməlidir. Onlar da yıpranmış bütün adların üzərindən adlayaraq hamının rahat tələffüz edəcəyi "iyi" sözünün üzərində dayanıblar və adlarını "İyi Parti" qoyublar. Proqramları ilə tanış oldum, toplantılarındakı çıxışlarla, saytlardakı şərhlərlə tanış oldum. Qurucuları içində şəxsən tanıdığım və xeyli tanımadığım simalar var. Vaxtilə Türkiyədə gəlib-keçmiş əksər partiyalar kimi ənənəçiliyə, populist çağırışlara sahib sağ partiya olduğu anlaşılır. Yeni mesajlar yoxdur, daha çox mövcud AKP iqtidarının antitezisi üzərində formalaşdığı sezilir. Yeni simalar da diqqət çəkmir, başqa partiyalardakı istənməyən adamlardan ibarət bir kadrlaşma aydın görünür. Partiya başqanının da tutucu bir vizyon adamı olduğunu söyləmək çətindir. Bunun əlbəttə, müsbət tərəfləri var, çünki, bu günkü Türkiyədə təqribən Özal təfəkkürünə sahib, ideoloji cinahlardan hansısa birinə özünü ithaf etməmiş siyasi liderlərə daha çox ehtiyac duyulmaqdadır. Ancaq Meral Akşener Özal tutumlu və masştablı siyasi lider olmağa yaxın görünmür. Bununla belə, Türkiyə cəmiyyətində AKP-yə ciddi bir alternativ partiyanın ortaya çıxdığını söyləmək olar. Bu partiyanın doğuşu Anadolu türkcəsində deyildiyi kimi, Türkiyəmiz üçün iyimi olacaq, kötümü, məhz bu sualı cavablandırmazdan öncə bir haşiyə çıxmağı qaçınılmaz, zəruri hesab edirəm.

Baxırsan ki, sosial şəbəkədə Azərbaycanda olan bəzi dostlarımız tərəfindən də, tanımadığımız insanlar tərəfindən də Məral Akşenerin ABŞ-ın yeni layihəsi olduğuna eyham vuran, FETO-çu olduğuna işarə edilən rəsimli paylaşımlar edirlər. Əlbəttə, hər kəsin Azərbaycan vətəndaşı olsa belə, Türkiyədəki siyasi qüvvələrdən hansısa birinə simpatiyasını bildirməyə, xoşlamadığı liderlərə, partiyalara, görüşlərə qarşı əks təbliğat aparma haqqına irad bildirmək niyyətimiz yox. Sadəcə öz düşüncələrimizi açıqlamağı uyğun görürük ki, gələcəkdə ən azı ehtimallarımızın yanılmasına bariz şəkildə yol verməyək. Xatırlayıram ki, biz 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi olaraq iqtidara gələndə millətçilik ideologiyası ilə düşüncəsi yüklənmiş cəbhəçilərin böyük əksəriyyətində Türkiyə deyəndə göz önünüə əsasən Alparslan Türkeş obrazı gəlirdi. Düşünürdük ki, ondan və milliyyətçi hərəkat partiyasının üzvlərindən başqa Türkiyəni içdən sevən kimsə yoxdur. Sonra az-çox simpatiyamız Azərbaycana münasibətinə görə Özala və Kiprin quzeyini işğaldan azad etdiyinə görə Ecevitə, Azərbaycanla bağlı səmimi deyimlərinə görə Möhsün Yazıçıoğluna yönəlməyə başladı. Ancaq bütövlükdə solçular bizim üçün Türkiyənin düşmənləri, o zamanki islamçı görüşlərin lideri sayılan Nəciməddin Ərbakan isə Türkiyəni Ərəbistanın qaranlıq aurasına soxacaq bir lider kimi tanınırdı. Xalq Cəhhəsinin lideri Əbülfəz Elçibəyin də bu yöndə çağırışları və münasibətləri təbii olaraq bizim üzərimizdən də təsirsiz ötüşməmişdi. 

Qismət oldu, bir neçə il Türkiyədə mərhum Əbülfəz Elçibəyin özəl təmsilçisi kimi çalışdım, hər kəsimdən olan aydınlarla, siyasətçilərlə təmasım, münasibətim və müzakirələrim oldu. O zamandan özüm üçün anladım ki, mən və yaxud başqa bir azərbaycanlı Türkiyəni Dəmirəlin, Türkeşin, Ecevitin, Baykalın, Çillərin, Yazıçıoğlunun, Ərbakanın və başqa birisinin sevdiyi qədər sevmək imkanına sahib deyiləm. Ən azı bu ölkənin taleyini onlar qədər düşünmə, onlar qədər bu ölkəni tanıma qabiliyyətim olmayacaq. Necə ki, bu gün ha fədakarlıqdan danışsam da, Türkiyəni nə Ərdoğan, nə Kılıcdaroğlu, nə Baxçalı, nə də Meral Akşener qədər dəyərləndirmək, bu ölkənin təəssübünü çəkmək imkanına sahib deyiləm. Necə ki, onların heç birinin mənim qədər Azərbaycan sevməsi, onun taleyinə həssaslıq göstərməsi inandırıcı ola bilməz. Türkiyə siyasətində məni maraqlandıran əsas məsələ, bu şəxslərin Azərbaycana münasibətidir. Bu gün Ərdoğan da, Baxçalı da, Kılıcdaroğlu da, Meral Akşener də Azərbaycana öz sevgisini ifadə edirsə, Azərbaycana qardaş deyirlərsə, o zaman Türkiyənin iç siyasətində kiminsə tərəfini tutaraq başqasını qaralamağım mənəvi cəhətdən nə dərəcədə doğru sayıla bilər? Yenə də söyləyirəm, kimin üçünsə İslam dəyərləri prioritetdirsə, yaxud milliyətçi, solçu və ya liberal dəyərlərə üstünlük verirsə, o zaman simpatiyasını Türkiyədəki hansısa bu yönlərin birində boy göstərən liderə yönləndirə, onun fikir, düşüncə və davranışlarını təbliğ edə bilər. Ancaq Azərbaycana qarşı münasibətində ancaq sevgi və sayğı olan siyasətçilərin Türkiyənin iç siyasətindəki durumunu özlərinə buraxaq, onların qaralanması kampaniyasında iştirak etməyək. Biz hətta PKK-nı dəstəkləyən Demirtaşla bağlı da o zamana qədər sərt sözlər işlətmirdik ki, Azərbaycan əleyhinə düşməncəsinə mövqe sərgiləmirdi. Elə ki, açıqca ermənilərin separatçılığını dəstəkləməyə başladı, Azərbaycandan da külli nifrət qazanmış oldu. Yəni Türkiyə siyasətində Azərbaycan vətəndaşları üçün əsas meyar Azərbaycan dövlətinə, Azərbaycan xalqına münasibət məsələsi olmalıdır, məncə.

İndi İyi Partiyanın toplantısında Azərbaycan bayrağı dalğalanırsa, "Qarabağ!" şüarı əllərdə tutulursa, çalışaq ki, bunlar AKP-nin, CHP-nin, BBP-nin, MHP-nin də toplantılarıında da təkrar-təkrar gözə dəysin. Kimi iqtidara gətirər, kimi iqtidardan aparar, bunu artıq Türkiyə vətəndaşlarının iradəsinə buraxaq. Necə ki, müdriklərimiz gözəl demiş, onu bir az da məqsədimizə uyğun düzəldək: "Türkiyədə Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir!" Elə Azərbaycanda da hansısa vətəndaş Türkiyəyə dost kimi baxmasa belə, buna onun müstəqil baxışı kimi qiymət verərik, ancaq düşmən kimi baxan hər kəs heç şübhəsiz, bizim də düşmənimizdir!" Çünki biz 1918-ci ildə bir millət olaraq xilasımız üçün qəhrəman Türk əsgərinə vəfa borcunu unutmayanların varisləriyik.

Anlaşıldımı indi Türkiyədə kimi dəstəkləməliyik?


SON XƏBƏR
Bakı Media Mərkəzi Nobel qardaşlarının fəaliyyətindən film çəkib
13.12.2018, 13:16

Bakı Media Mərkəzi Nobel qardaşlarının fəaliyyətindən film çəkib

Hansı kommunal xidmətə borclular çoxdur?..
13.12.2018, 13:00

Hansı kommunal xidmətə borclular çoxdur?..

Bakıda evə qənim kəsilən Gürcüstan vətəndaşı tutuldu
13.12.2018, 12:58

Bakıda evə qənim kəsilən Gürcüstan vətəndaşı tutuldu

Sabahın HAVASI: Yağış yağacaq
13.12.2018, 12:55

Sabahın HAVASI: Yağış yağacaq

Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq
13.12.2018, 12:42

Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq

“Azərpoçt”dan oyun aparatları OĞURLANDI
13.12.2018, 12:37

“Azərpoçt”dan oyun aparatları OĞURLANDI

Quldurluq edən tutuldu
13.12.2018, 12:20

Quldurluq edən tutuldu

2018-ci ilin iqtisadi HADİSƏLƏRİ - Uğurlar, problemlər və təkliflər...   
13.12.2018, 12:20

2018-ci ilin iqtisadi HADİSƏLƏRİ - Uğurlar, problemlər və təkliflər...  

Sloveniyada Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək
13.12.2018, 12:13

Sloveniyada Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

2018-in yadda qalan idman hadisələri - Ərdoğanı qürurlandıran azərbaycanlı, sponsor dərdi çəkən şahmatçımız...
13.12.2018, 12:11

2018-in yadda qalan idman hadisələri - Ərdoğanı qürurlandıran azərbaycanlı, sponsor dərdi çəkən şahmatçımız...

Yalandan “3 bomba qoyulub” deyən şəxs saxlanıldı
13.12.2018, 11:59

Yalandan “3 bomba qoyulub” deyən şəxs saxlanıldı

Rusiyada İŞİD-i maliyyələşdirən 7 nəfər saxlanıldı
13.12.2018, 11:49

Rusiyada İŞİD-i maliyyələşdirən 7 nəfər saxlanıldı

Prezident 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə 
13.12.2018, 11:48

Prezident 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə 

Nazirlik bayram yarmarkası ilə bağlı YENİLİK etdi 
13.12.2018, 11:48

Nazirlik bayram yarmarkası ilə bağlı YENİLİK etdi 

Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır
13.12.2018, 11:46

Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır

Ankarada qatar qəzası - 9 ölü, 46 yaralı - YENİLƏNİB   
13.12.2018, 11:42

Ankarada qatar qəzası - 9 ölü, 46 yaralı - YENİLƏNİB  

Özəl tibb kinikalarında vergi yoxlamaları aparılıb - Nazirlik ciddi nöqsanlardan XƏBƏR VERDİ
13.12.2018, 11:39

Özəl tibb kinikalarında vergi yoxlamaları aparılıb - Nazirlik ciddi nöqsanlardan XƏBƏR VERDİ

Nadir Qafarzadənin 100 min manatını OĞURLADILAR
13.12.2018, 11:20

Nadir Qafarzadənin 100 min manatını OĞURLADILAR

Qarabağ separatçılarının hərbi rəhbərliyi istefaya göndərilib?
13.12.2018, 11:11

Qarabağ separatçılarının hərbi rəhbərliyi istefaya göndərilib?

Ermənistan rəsmisi Bakıya gəlir
13.12.2018, 11:07

Ermənistan rəsmisi Bakıya gəlir

Daşınmaz əmlak kreditləri manatla veriləcək   
13.12.2018, 11:04

Daşınmaz əmlak kreditləri manatla veriləcək  

Pentaqondan Ankaraya XƏBƏRDARLIQ
13.12.2018, 10:54

Pentaqondan Ankaraya XƏBƏRDARLIQ

Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ   
13.12.2018, 10:48

Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ  

“UNEC-dən dünyaya” – tələbələr danışır...
13.12.2018, 10:48

“UNEC-dən dünyaya” – tələbələr danışır...

15 yaşlı qızı evlənmək məqsədi ilə qaçırdılar
13.12.2018, 10:42

15 yaşlı qızı evlənmək məqsədi ilə qaçırdılar

Azərbaycan nefti bahalaşdı
13.12.2018, 10:41

Azərbaycan nefti bahalaşdı

Tahir Salahovun yubiley sərgisi keçiriləcək
13.12.2018, 10:41

Tahir Salahovun yubiley sərgisi keçiriləcək

Qanunsuz ov edənlər saxlanıldı
13.12.2018, 10:37

Qanunsuz ov edənlər saxlanıldı

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər
13.12.2018, 10:37

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər

Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib   
13.12.2018, 10:35

Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib  

Sabunçuda 30-dan çox sürücü cərimələndi
13.12.2018, 10:24

Sabunçuda 30-dan çox sürücü cərimələndi

Lavrov bu gün Bakıya gəlir
13.12.2018, 10:05

Lavrov bu gün Bakıya gəlir

Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi
13.12.2018, 09:40

Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi

Sünnət toyları...   
13.12.2018, 09:35

Sünnət toyları...  

Ermənilər kəndlərimizi atəşə tutdu
13.12.2018, 09:18

Ermənilər kəndlərimizi atəşə tutdu

16 yaşlı qız itkin düşüb   
13.12.2018, 08:54

16 yaşlı qız itkin düşüb  

Tereza Meyi istefaya göndərə bilmədilər   
13.12.2018, 08:41

Tereza Meyi istefaya göndərə bilmədilər  

“Qarabağ” bu gün AvroLiqada son oyununa çıxır
13.12.2018, 08:24

Qarabağ” bu gün AvroLiqada son oyununa çıxır

Çempionlar Liqasında bütün 1/8 finalçılar bəlli oldu - SİYAHI
13.12.2018, 08:21

Çempionlar Liqasında bütün 1/8 finalçılar bəlli oldu - SİYAHI

Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı...
13.12.2018, 08:09

Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı...

Manat günə bu MƏZƏNNƏ ilə başladı
13.12.2018, 08:08

Manat günə bu MƏZƏNNƏ ilə başladı

Gürcüstan parlamentində büdcə ilə bağlı səsvermə baş tutmayıb
13.12.2018, 00:54

Gürcüstan parlamentində büdcə ilə bağlı səsvermə baş tutmayıb

Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib - FOTO
13.12.2018, 00:33

Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib - FOTO

Bərdədə avtomobil 13 yaşlı məktəbli qızı vurdu
13.12.2018, 00:14

Bərdədə avtomobil 13 yaşlı məktəbli qızı vurdu

Çempionlar Liqası 6-cı tur – “MOİK” “Real”ı Madriddə darmadağın etdi
13.12.2018, 00:00

Çempionlar Liqası 6-cı tur – “MOİK” “Real”ı Madriddə darmadağın etdi

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu Verdi
12.12.2018, 23:41

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu Verdi

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
12.12.2018, 23:23

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü

Azərbaycan nefti ucuzlaşır
12.12.2018, 23:09

Azərbaycan nefti ucuzlaşır

Sabunçuda 3 otaqlı ev yanıb
12.12.2018, 22:48

Sabunçuda 3 otaqlı ev yanıb

Azərbaycanda qızıl ucuzlaşıb
12.12.2018, 22:34

Azərbaycanda qızıl ucuzlaşıb

ARXİV