Modern.az

Siqaretlə bağlı qanun geri qaytarılsın! - TƏKLİF

Siqaretlə bağlı qanun geri qaytarılsın! - TƏKLİF

Parlament

7 May 2024, 13:23

Milli Məclisdə “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişikliyin geri qaytarılması istənilib.

 

Modern.az xəbər verir ki, bu çıxışla Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında bildirib. 

 

O bildirib ki, qanun layihələri sui-istifadəyə dair ekspertizadan keçirilməlidir: “Bu qanunda hüquqların əsassız məhdudlaşdırılması müşahidə edilir, qeyri-bərabərlik yaradılır. Mən istəyərdim Azərbaycanda heç kim siqaret çəkməsin. Ötən iclasda elektron siqaretin Azərbaycanda qadağan edilməsi təklif olundu. Mən bunu araşdırdım, gördüm ki, elektron siqaretlər sağlamlığa az ziyanlı siqaretlər imiş. Yəni biz deyirik, elektron siqareti qadağan edək, hamı keçsin normal siqaretə? Marketlərdə artıq qızlar alıcılara açıq şəkildə siqaret təklif edir. Təklif edirəm ki, ən azı COP dövründə siqaretin reklamını yığışdırsınlar. Hesab edirəm bu qanun layihəsi geri qaytarılmalı, mütləq ekspertizadan keçirilməlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi