Modern.az

Bu ölkə \"oranqutan diplomatiyası\"na başlayır

Bu ölkə \

8 May 2024, 22:09

Malayziya ölkədən palma yağını aktiv şəkildə alan ölkələrə oranqutanlar bağışlamaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin plantasiya və əmtəə naziri Cohari Əbdül Qani özünün sosial media hesabında məlumat verib.

 

Nazirin sözlərinə görə, palma yağının sənaye miqyasında çıxarılması oranqutanların yaşayış mühitinə böyük ziyan vurub və hazırda bu meymun növü nəsli kəsilmək ərəfəsindədir. Buna görə də Malayziya palma yağını almağa davam etmək istəyənlər bu primatların qayğısına qalmalıdırlar.

 

“Oranqutan diplomatiyasından istifadə etməklə biz Malayziyanın biomüxtəlifliyin qorunmasına sarsılmaz sadiqliyini göstərmək istəyirik”, - nazir qeyd edib.

 

Nazir oranqutanları ilk növbədə Malayziya palma yağını idxal edən ən böyük ölkələrə - Aİ ölkələri, Çin və Hindistana təklif edib. Nazirin sözlərinə görə, bu proqram Çini  panda diplomatiyasına bənzəyəcək. Çin öz pandalarını ölkəyə dost münasibət nümayiş etdirən ölkələrə bağışlayır və ya borc verir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi