Modern.az

Merkel Qarabağ məsələsində niyə Rusiya amilini  QABARTDI?

Merkel Qarabağ məsələsində niyə Rusiya amilini  QABARTDI?

Qarabağ

8 İyun 2016, 11:09

 

Ötən gün Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır.

 

ATƏT-ə sədrlik edən Almaniyanın belə mövqeyi bir sıra suallara yol açır. Merkel bununla konkret olaraq nəyə eyham edib?

 

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Modern.az-a şərh verib.

 

Onun sözlərinə görə,  ATƏT-in hazırkı sədri olaraq Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində nə edə biləcəyi vacib sualdır. Ekspertin fikrincə, Almaniya kansleri mətbuat konfansında rəsmi Berlinin mövqeyi barədə bir söz demədi.

 

“Ancaq Merkel mətbuat konfransında Almaniyanın rolu barədə fikir bildirmədi. Halbuki, cəbhə bölgəsində atəşkəs pozulduqda Berlin 7 maddəlik təklfilər paketi hazırladığını açıqlamışdı. Merkel Rusiyanın rolunu qabartmaqla sadəcə hamıya mesaj verir ki, münaqişənin həllində Avropaya, o cümlədən Almaniyaya bel bağlamayın, bizim problemimiz onsuz da kifayət qədərdir, Dağlıq Qarabağa isə vaxtımız və enerjimiz qalmır.

 

Mesajı qəbul etdik. İşimizi bilərik. Almaniya kənarda qalacaqsa Azərbaycan və Ermənistan prezidentlərini qısa zaman kəsiyində Berlinə niyə dəvət edibilər? Merkel mətbuat konfransında alman fondların yenidən Azərbaycanda işləyə biləcəyinə ümid etdiyini deyib. Bunu Merkel ötən dəfə də demişdi. Nəticə isə yoxdur. Fondlar qrant ayıracaqlar, buna isə Azərbaycanda artıq ciddi məhdudiyyətlər var”,-deyə Elxcan Şahinoğlu bildirib.

 

O xatırladıb ki, prezident İlham Əliyev cavab nitqində Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmadığını deyib.

“Dövlət başçısı haqlıdır, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir. İlham Əliyev mətbuat konfransında Azərbaycanın Rusiya ilə yanaşı Türkiyə, İsrail, Belarus və İrandan silah aldığını bildirib. Birinci üçünü bilirdim, bəlkə də hansısa xəbəri ötürmüşəm, ancaq İrandan silah aldığımızı bilmirdim”.

 

Aqşin KƏRİMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı