Modern.az

MTN-çilərin həbs etdiyi şəxs bəraət aldı

MTN-çilərin həbs etdiyi şəxs bəraət aldı

Aktual

30 İyun 2016, 14:11

Keçmiş MTN-çilərin həbs etdiyi Nəcəfov Fuad Valeh oğluna bəraət verilib. Modern.az saytının verdiyi xəbərə görə, bu haqda onun vəkili Adəm Məmmədov bildirib.

Onun sözlərinə görə, ilkin istintaq-əməliyyat tədbiri keçmiş MTN-nin əməkdaşları İbrahimov Elnur, Ələkbərov Yunis və Səfərov Əfqan tərəfindən həyata keçirilib:

“Həmin əməkdaşlar hüququnu müdafiə etdiyim şəxsi əvvəlcə döyüblər, sonra   yaşadığı mənzilə aparıbalar. Orada bir müddət axtarış apardıqdan sonra 13 saylı “JEK”dən iki nəfər hal şahidinin göndərilməsini tələb ediblər.

Məhkəmə istintaqı zamanı keçmiş MTN-nin əməkdaşları tərəfindən çağırılmış hal şahidləri ifadələrində göstəriblər ki, mənzilə daxil olan zamanı əməliyyat müvəkkili Elnur İbahimov əlindəki bükülünü göstərərək, içərisində narkotik maddə - kokain olduğunu və təqsirləndirilən şəxsin üzərindən çıxdığını deyib.

Hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi üzrə istintaq hərəkətində iştirak etmədiklərini və bu barədə tərtib edilmiş baxış protokolunu oxumadan imza etdiklərini göstəriblər”.

A.Məmmədov qeyni zamanda deyib ki, müvvəkkilinin döyülməsi müşahidə kamerasına düşüb:

“Keçmiş MTN-nin əməkdaşları tərəfindən hüquqlarını müdafiə etdiyim şəxsi öz mənzilənə döyərək gətirdikləri zaman sonuncunun evinin giriş hissəsində olan müşahidə kamerası olanları qeydə alıb.

Həmin çəkilişdən də görünür ki, tutulan şəxsin üzərinə baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçirilib. Eyni zamanda müşahidə kamerasının qeydə aldığı çəkilişdən də görünür ki, Nəcəfov Fuad Valeh oğlunun gözünün altı zərbədən qançır olub. Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi və iştirakım ilə keçirilən məhkəmə prosesində verilmiş protest təmin edilməyərək, Nəsimi rayon Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir