Modern.az

Amerikada Ərdoğanın Vaşinqton səfərinə mane olmağa çalışırlar

Amerikada Ərdoğanın Vaşinqton səfərinə mane olmağa çalışırlar

Dünya

26 Aprel 2024, 14:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərinə hazırlıqlar davam edir. Hazırlıq işlərinin ləğvi barədə heç bir göstəriş verilməyib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” qəzeti siyasi dairələrdəki mənbələrinə istinadən yayıb

Qeyd edilib ki, “səfərin ləğvi ilə bağlı spekulyasiyalar davam edir”.

“Səfərin ləğvi ilə bağlı göstərişi Ərdoğan özü verməyib və hər iki tərəf hazırlıqlarını davam etdirir. Türkiyə Prezidentinin səfəinin mayın 9-da baş tutacağı gözlənilir”.

Türkiyə mətbuatı onu da yazır ki, ABŞ-dakı bəzi siyasi dairələr Ərdoğanın səfərin ləğv edilməsinə çalışırla. Amerikalı lobbiçilər iddia edirlər ki, Ərdoğanın HƏMAS hərəkatının lideri  İsmayıl Haniyə ilə son görüşündən sonra Baydenlə danışıqlar ABŞ-ın hazırkı prezidentinin elektoratına mənfi təsir göstərə bilər. HƏMAS lideri ilə danışıqlar ABŞ-dakı İsrail lobbisini də hiddətləndirib. Bunu nəzərə alan ABŞ-ın bəzi siyasi dairələri Ərdoğanın Vaşinqtona gəlişinin qarşısını almağa çalışır.

Hələlik Ərdoğan administrasiyası tərəfindən ABŞ-a səfərlə bağlı rəsmi açıqlama verilməyib.

Mayın 9-u tarixini daha əvvəl “Hürriyet” qəzeti, eləcə də adı açıqlanmayan Türkiyə və Amerika rəsmiləri “Reuters” agentliyi ilə söhbətlərində qeyd etmişdilər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan yalnız onu bildirib ki, səfər və Baydenlə danışıqlar mayın əvvəlinə planlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək