Modern.az

“Bir tikə çörək uğrunda mübarizə aparırlar”

“Bir tikə çörək uğrunda mübarizə aparırlar”

Aktual

30 Sentyabr 2016, 17:19

“Bu gün taksi və avtobus sürücüləri bir tikə çörək uğrunda mübarizə aparır”

 

Modern.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna dəyişiklik məsələsinin müzakirəsi zamanı deyib.

Sürücülərə yaş həddinin tətəbiq edilməsini düzgün  addım hesab etməyən deputat bildirib ki, bir zamanlar taksi və avtobus sürücüləri lüks peşə sahibi hesab edilirdilər:

 

“Zamanında onlar cəmiyyətin təminatlı ailəsi hesab olunurdular. İndiki şəraitdə isə bu peşə sahibləri bir tikə çörək uğrunda mübarizə aparırlar.

 

Bu gün taksi sürücülərinin gecə-gündüz bir tikə çörək qazanmağının şahidi oluruq. Elə şərait yaratmaq lazımdır ki, taksi sürücüləri də dolana bilsinlər. O baxımdan məsələyə baxıb düzgün qərar vermək lazımdır”- deyə vurğulayıb.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir