Modern.az

Olland Putinlə görüşməkdən imtina edə bilər

Olland Putinlə görüşməkdən imtina edə bilər

10 Oktyabr 2016, 11:38

Fransa prezident i Fransua Olland oktyabrın 19-da Parisə səfər edəcək rusiyalı həmkarı ilə görüşüb-görüşməyəcəyini bilmədiyini deyib.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Olland yerli telekanallardan birinə açıqlaması zamanı deyib.

 

“Öz-özümdən soruşuram ki, görüş faydalı olacaqmı? Bu görüş vacibdir mi? Mümkündürmü ki, o (Putin) Hələb sakinlərini bombalayan rejimə dəstəkdən imtina etsin?”.

 

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə Putin-Olland görüşünün ləğv olunması ilə bağlı Yelisey sarayından heç bir məlumat almadıqlarını bildirib.

 

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü