Modern.az

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər TƏKLİF EDİR

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər TƏKLİF EDİR

Aktual

26 Aprel 2024, 16:56

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya şəhərlərinə reyslərə xüsusi qiymətlərlə aviabiletlərin satışına başlayıb.

 

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Aviaşirkət Bakı-Buxarest-Bakı və Bakı-Sofiya-Bakı marşrutları üzrə aviabiletləri bir tərəfə 169 avro, hər iki istiqamətdə isə 300 avroya təklif edir. Buxarest-Bakı-Buxarest marşrutu üzrə biletlərin qiyməti bir tərəfə 155 avro, gediş-dönüş biletlərinin qiyməti isə 300 avrodur. Sofiya-Bakı-Sofiya marşrutunu seçən sərnişinlər bir tərəfə 153 avroya, hər iki istiqamətdə isə 300 avroya aviabilet əldə edə bilərlər.

 

Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür. Xüsusi tariflər yüksək tələbat dövrlərində keçərli deyil.

 

Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

 

Xüsusi qiymətlərdən yararlanaraq Avropanın ən gözəl şəhərlərindən olan Buxarest və Sofiyanı ziyarət etmək fürsətini qaçırmayın!

 

Aviabiletləri rəsmi //www.azal.az/az/ saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək