Modern.az

Yazıçılar müdafiə naziri ilə qapalı görüş keçirdilər - Prezidentə məruzə olundu - ÖZƏL

Yazıçılar müdafiə naziri ilə qapalı görüş keçirdilər - Prezidentə məruzə olundu - ÖZƏL

Aktual

27 Oktyabr 2016, 15:23

Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüblər. Bu barədə Modern.az-a Yazıçılar Birliyinin katibi Rəşad Məcid məlumat verib. O bildirib ki, AYB Ağsaqqallar Şurası və onun sədri, xalq şairi Nəriman Həsənzadə bir neçə ay bundan əvvəl müdafiə naziri Zakir Həsənovla görüş üçün məktub göndərmişdi. Yazıçıların imzaladığı həmin məktubun nəticəsi əsasında görüş gerçəkləşib.

 

“Aprel hadisələrindən sonra yazıçılarla Müdafiə Nazirliyinin əlaqələrinin möhkəmləndirilməsi məsələsi gündəmdə idi. Bu gün Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvləri, katiblər və bir sıra digər yazarlar Müdafiə Nazirliyində olduq. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla yazıçıların görüşü keçirildi.  Zakir Həsənov bildirdi ki, belə bir görüşü o da arzulayıb. Biz Müdafiə Nazirliyində bir sıra məlumatlar əldə etdik. Nazirlə səmimi söhbət oldu. Əvvəla onu deyim ki, bəzi təsəvvürlər var ki, nazir mətbuata qapalıdır, soyuq bir məmur təsiri bağışlayır. Amma görüşün ilk anlarından müşahidə etdik ki, nazir çox səmimi, bir vətəndaş kimi, vətənpərvər bir insan kimi dolu bir insandır və yazıçılarla belə görüşün olmasını çox arzulayıb. Görüşün çox gecikmiş bir görüş olduğunu söylədi. Dedi ki, bu görüş əvvəllər baş tutmalı idi”.

 

Rəşad Məcidin sözlərinə görə, bu görüş Prezidentə də məruzə olunub.


“Bu günkü görüş gələcəkdə Müdafiə Nazirliyi ilə AYB-nin əməkdaşlaşlığına start verəcək. Görüşdə AYB-nin sədri xalq yazıçısı Anar, Ağsaqqlar şurasının sədri xalq şairi Nəriman Həsənzadə, akademik İsa Həbibbəyli, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, eyni zamandan AYB-nin Hərbi-vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu komissiyanın gördüyü işlərdən və gələcək arzulardan danışdılar. Nazir də bu fikirləri dəstəklədi və yəqin ki, yazıçıların əsgərlərlə görüşləri baş tutacaq. Eyni zamanda nazir, əsgərlərin ruhlandırılmasında  sözün, poeziyanın mühüm rolunun oldduğunu, Azərbaycan hərb tarixinin öyrənilməsinin vacibliyini bildirdi, yazıçıların dəstəyinə  arxalandıqlarını və bunun aşılanmasının vacibliyini qeyd etdi. Tədbirdə mətbuata açıqlamayan bəzi mövzulardan danışıldı. Ali Baş Komandanın orduya göstərdiyi yüksək həssaslıq xüsusilə qeyd olundu. Görüşdə iştirak edən yazıçılar çox böyük ruh yüksəkliyi ilə oranı tərk etdilər”.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı