Modern.az

Azərbaycanı “Ginnesin rekordlar kitabı”na salan FACİƏ

Azərbaycanı “Ginnesin rekordlar kitabı”na salan FACİƏ

Aktual

28 Oktyabr 2016, 10:51

21 il bundan əvvəlin məhz bu günü – 28 oktyabr tarixində Bakı Metropolitenində “Ulduz “ və ” Nərimanov” stansiyaları arasında faciəvi qəza  baş vermişdi.

Modern.az saytı xatırladır ki, 1995-ci ilin 28 oktyabrında baş vermiş bu qəzada 300 isan həyatını itirmiş, 400 nəfər isə yaralanmışdı.

Hadisə baş verdikdən sonra aparılan araşdırmalar nəticəsində qəzaya səbəb kimi “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın mühərriklərindən birində yanğın baş verməsi göstərildi.

Maşinist qatarı tuneldə saxlamış və təşviş içində olan insanlar vaqonlardan çıxaraq tunel boyu qaçmağa başlamışdılar. Havaçəkmə sistemi yararsız olduğundan və insanlar bir-birilərinin ayaqları altında qaldıqlarından xeyli adam həlak olmuşdu.

Qeyd edək ki, bu faciəvi qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını dünyanın  ən dəhşətli metro qəzaları siyahısına bir daha yeniləməyə məcbur etdi.  Nəticədə o vaxt “birincilik” Azərbaycana ötürüldü.

Həmin hadisəyə görə ölkəmizdə 3 gün matəm elan olunmuşdu.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı