Modern.az

Yola dirək aşdı-Sumqayıt qatarı geri qaytarıldı

Yola dirək aşdı-Sumqayıt qatarı geri qaytarıldı

9 Dekabr 2016, 11:13

Sumqayıt - Bakı istiqamətində hərəkət edən  elektrik qatarının hərəkətində məhdudiyyət yaranıb.

 

Bu haqda Modern.az-a məlumat verən “Azərbaycan Dəmir Yolları” ASC-nin İcitmaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nadir Əzməmmədov bildirib ki, buna səbəb dirəyin yola aşması olub:

 

“Güclü küləyin təsirindən Ceyranbatandan keçən hissədə dirək yola aşıb. Bərpa qatarı hadisə yerinə çatır. Yarım saat sonra qatarların hərəkəti bərpa olunacaq”.

N.Əzməmmədovun sözlərinə görə, sərnişinlərin gediş üçün ödədikləri məbləğ geri qaytarılacaq:

“Qatar geri-Sumqayıt stansiyasına qayıdır, sərnişinlər ödədikləri gediş haqqını geri ala biləcəklər. Dirək yolun ortasında olduğundan məcburuq ki, qatarı geri qaytaraq”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü