Modern.az

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? - Səfirlikdən AÇIQLAMA

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? - Səfirlikdən AÇIQLAMA

Aktual

23 Yanvar 2017, 11:50

“Lider” TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun Kremlin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrova Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ haqqında verdiyi sual bəzi dairələrdə narahatlıqla qarşılanıb. Məhz bu səbəbdən jurnalisti telekanaldan uzaqlaşdırıblar. Jurnalistin işdən çıxarılması üçün təqdimatın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan gəldiyi bildirilir.

Yayılan məlumata görə, səfir jurnalisti  “təxribatçı sual” verməkdə ittiham edib.

Məsələ ilə bağlı Modern.az saytı Polad Bülbüloğlu ilə əlaqə saxlamağa çalışıb. Səfir telefon zənglərini cavabsız qoyub. Səfirlikdən Polad Bülbüloğlunun ezamiyyətdə olduğu bildirilib. 


Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada jurnalistin işdən çıxarılması ilə bağlı Azərbaycan mediasında yayılan xəbərlərə aydınlıq gətirilib.


“Bununla bağlı sadəcə, bir kəlmə onu deyə bilərik ki, Azərbaycanın Rusiyadakı səfirliyi olaraq burada, yalnız diplomatik fəaliyyətlə məşğuldur. 

Hansısa televiziya kanalının əməkdaşının işdən çıxarılması ilə bağlı qərarı isə həmin kanalın rəhbərliyi verir. Ona görə də xahiş edirik, nə sualınız varsa, “Lider”  telekanalının rəhbərliyinə və mətbuat xidmətinə ünvanlayasınız”.

Qeyd edək ki,  həmkarımzın Lavrova ünvanladığı sual belə olub: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”.

Xarici işlər naziri Sergey Lavrovun cavabı isə bu olub.

 “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı