Modern.az

Banklar dolları daha da ucuzlaşdırdı – SİYAHI

Banklar dolları daha da ucuzlaşdırdı – SİYAHI

6 Fevral 2017, 11:09

Bu gün fevral ayının 6 Azərbaycanın bəzi banklarında dollar və avronun satış qiymətinin aşağı düşdüyü müşahidə olunur. 

Səhər saatlarında 1 dollar 1.92 manatdan, 1 avro 2.08 manatdan yüksək satılır.

Modern.az fins.az-a istinadən xəbər verir ki, araşdırmaya əsasən dolları keçən həftənin cümə günü 1.93 manata satan "Accessbank”” bu gün 1 dolları 1.9240 manata satırr.

Fevralın ayının 3 "AtaBank” 1 dolları 1.945 manata satırdı. Bu gün isə bankda dolların məzənnəsi 1.93 manata təyyin olunub.

"CDB Bank” bu gün 1 dolları 1.94 manata satır. Cümə günü bu məbləğ 1.955 manata bərabər idi.

Fevralın 3 1.96 manata dolları satan "Nikoil” bu gün 1.94 manata satır, "Turanbank” 1.925 manata (cümə 1.94 manat).

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü