Modern.az

“Kapital Bank” ABŞ-a ilk işgüzar səfərində iştirak edib

“Kapital Bank” ABŞ-a ilk işgüzar səfərində iştirak edib

İqtisadiyyat

25 Aprel 2024, 19:44

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-ın Vaşinqton şəhərinə ilk işgüzar səfəri baş tutub. Bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədilə təşkil olunan səfərdə “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov da iştirak edib.

Səfər çərçivəsində ABŞ-ın Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası (MTBA) tərəfindən ABŞ bankları ilə müxbir banklar arasında əlaqələrin qurulması sahəsində ən yaxşı təcrübələrə dair praktiki sessiyalar keçirilib. İştirakçılarla ticarətin maliyyələşdirilməsi, ABŞ bank sektorunda yeni inkişaf trendləri və maliyyə sektorunun aktual mövzuları da müzakirə edilib.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — //kbl.az/prcrc.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok