Modern.az

Kamaz qəza törətdi, dayanacağa girdi-FOTO

Kamaz qəza törətdi, dayanacağa girdi-FOTO

Aktual

19 Mart 2017, 12:06

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib

 

Bu haqda Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.


O qeyd edib ki, Lerik rayon sakini 1983-cü il təvəllüdlü Zahid Dövlətovun idarə etdiyi "Kamaz" markalı yük maşını idarə edilmənin itirilməsi nəticəsində yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın birhissəsi dağıldığından istifadəyə yararsız hala düşüb

 


Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı