Modern.az

Biləsuvar sakini sirkə turşusu içərək özünü öldürdü

Biləsuvar sakini sirkə turşusu içərək özünü öldürdü

Aktual

21 Mart 2017, 21:26

Bu gün Biləsuvar rayonundakı parkların birində intihara cəhd hadisəsi baş verib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, 1979-cu ildə anadan olmuş Salyan şəhəri, Plastik qəsəbə sakini Ələkbərov Yadigar Əbülfəz oğlu 1 şüşə sirkə turşusu içərək intihara cəhd edib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Yadigar Ələkbərovun vəziyyəti kritik dərəcədə ağır olduğundan təcili-yardım maşını ilə Bakı şəhərindəki xəstəxanaya aparılarkən Salyan rayonunun ərazisində keçinib.

Qonşularının bildirdiyinə görə, Yadigar Ələkbərov Salyan şəhərində kondisioner ustası olub və gün-güzəranı da pis olmayıb. Ailəsində də elə bir problemi olmadığı deyilir. Odur ki, onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir